
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafı
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri, iki ölkə arasında imzalanan sənədlər fonunda mövzunun şərhi.
2. İsrail və Suriya arasında Azərbaycanın vasitəçilik missiyası
Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüşün keçiriləcəyinə dair “Sky News Arabia” yaydığı məlumat, tərəflərin bundan öncə də eyn məkanda görüşləri, Azərbaycanın vasitəçilik missiyasının hər iki ölkə üçün əhəmiyyəti fonunda mövzunun şərhi.
3. ATƏT-in Minsk qrupunun ləğvi prosesinə başlanması
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun və onunla əlaqəli təsisatların ləğvi prosesinə başlaması, bunun Azərbaycan diplomatiyasının uğuru kontekstində mövzunun şərhi.
4. İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin ölkəsinə geri çağrılması.
İran mediasının səfiri uğursuz fəaliyyətinə görə sərt tənqid etməsi fonunda rəsmi Tehranın Qafqaz siyasətinin uğursuzluğunun etirafı barədə təhlil.
5. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləməsi
Ermənistanın baş naziri Nikol Paşinyanın sülh prosesi və TPIPP layihəsi ilə bağlı açıqlamaları fonunda təhlil.