GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin fəaliyyətinin intensivləşməsi

ABŞ biznes nümayəndə heyətinin Azərbaycana səfəri, bu ölkənin İqtisadi maliyyələşdirmə korporasiyasının icraçı direktoru Kennet Agnelin müvafiq açıqlamaları, Vaşinqton təmsilçilərinin dəhlizlə əlaqədar Ermənistana gözlənilən səfəri kontekstində mövzunun şərhi

2. Fransada islamofobiya ilə bağlı gərginliyin artması

Mövzunun “Əyilməz Fransa” partiyasının lideri Jan-Lük Melanşonun  ölkənin daxili işlər naziri Brüno Rötayonu islamofobiya dalğasını qızışdırmaqda ittiham etməsi fonunda şərhi

3. Yaxın Şərqdə vəziyyətin gərginləşməsi

İsrailin Qətərin paytaxtı Dohaya zərbələr endirməsi, bunun Yaxın Şərqdəki vəziyyəti təsiri kontekstində mövzunun şərhi.

4. “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə təlimi

Qlobal təhdidlər fonunda keçirilən təlimlərin əhəmiyyətinə dair şərh.

5. Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası.

Azərbaycanın qlobal miqyasda intellektual müzakirələr platformasına çevrilməsi, bu cür tədbirlərin ölkəmizdə keçirilməsinin əhəmiyyəti barədə təhlil.