GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanın İran və İsrail arasında mümkün vasitəçilik missiyası

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun “I24 News” telekanalına müsahibəsində Azərbaycanın İran və İsrail arasında mümkün vasitəçilik missiyası barədə səsləndirdiyi fikirlər fonunda mövzunun şərhi

2. Azərbaycan-Çin münasibətlərində inkişaf templərinin sürətlənməsi

Prezident İlham Əliyevin Çinə cari il ərzində baş tutan səfərləri, əldə edilən razılaşmalar, Çinin Azərbaycandakı səfiri Lu Meyin keçirdiyi brifinqdə verdiyi açıqlamalar kontekstində mövzunun şərhi

3. Fransada hökumət böhranı

Fransada Baş nazir Fransua Bayrunun Milli Assambleyada hökumətə etimad səsverməsi zamanı kifayət qədər sayda deputatın dəstəyini ala bilməməsi, onun istefası ilə bağlı tələblər və aksiyalar, bütün bunların ölkəni hökumət böhranına sürükləməsi kontekstində mövzunun şərhi.

4. Ermənistanda radikal-revanşist qüvvələrin reallıqla barışmaq istəməməsi

Ermənistanda N.Paşinyan hakimiyyətinə qarşı olan radikal qüvvələrin sülh quruculuğu prosesi əleyhinə kampaniyanı genişləndirməsi, lakin onların bu istiqamətdəki fəaliyyətinin perspektivsizliyinə dair təhlil.

5. ABŞ-nin iri şirkətlərinin Azərbaycana investisiya yatırmaqda maraqlı olması.

Azərbaycandakı əlverişli biznes mühitinin ABŞ şirkətlərinin marağını cəlb etməsi, bu ölkənin bir qrup biznesmeninin ölkəmizə səfəri, mümkün investisiya qoyuluşları barədə şərh.