
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Rusiyanın bu ölkənin hava məkanında vurulan AZAL təyyarəsi ilə bağlı tutduğu yanlış və qərəzli mövqeyini davam etdirməsi
Rusiya Xarici İşlər Nazirliyinin vurulan AZAL təyyarəsi ilə bağlı son bəyanatı, cinayəti törədənlərin bu vaxta kimi məsuliyyətə cəlb edilməməsi fonunda mövzunun şərhi
2. Azərbaycan-NATO əlaqələrinin inkişafı
Mövzunun Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadənin Alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone ilə görüşü, aparılan müzakirələr kontekstində şərhi.
3. Rusiya-Ermənistan iqtisadi münasibətlərində böhran dövrünün başlanması
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun ölkəsi ilə Ermənistan arasında ticarət dövriyyəsinin azalması ilə bağlı verdiyi açıqlamalar, Ermənistanın “Spayka” şirkərinin Rusiyada üzləşdiyi problemlər, Ermənistandan Rusiyaya ixracda qeydə alınan çətinliklər fonunda mövzunun şərhi.
4. Ermənistan-ABŞ enerji əməkdaşlığı
ABŞ-nin Ermənistanın enerji təhlükəsizliyində artan rolu, Rusiyanın bu sahədən tədricən sıxışdırılması.
5. ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında növbəti həftə gözlənilən görüş
Bu görüşün Ukraynadakı müharibənin dayandırılmasında nə dərəcədə səmərəli ola biləcəyinə dair şərh.