GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Çindən Azərbaycana yeni investisiya axını

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bu ölkənin şirkətləri ilə görüşü, aparılan müzakirələr kontekstində Çindən Azərbaycana yeni investisiya axının gözlənilməsi fonunda mövzunun şərhi.

2. Azərbaycan-Rusiya münasibətləri

Rusiya Prezidenti Vladimir Putinin Moskva ilə Bakı arasında münasibətlərdə problemlər olduğunu etiraf etməsi və bunun yoluna qoyulması vacibliyini bildirməsi fonunda ölkələrarası əlaqələrinin mümkün sonrakı inkişaf perspektivləri əsasında mövzunun şərhi.

3. Ermənistanda hakimiyyət-kilsə qarşıdumasının davam etməsi

Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın həbs müddətinin uzadılmasına Erməni Apostol Kilsəninin yanaşması, məhkəməni din xadimlərindən və kilsəni dəstəkləyənlərdən qisas almaq kimi şərəfsiz rolunu öz üzərinə götürməkdə ittiham etməsi, bunun hakimiyyət-kilsə qarşıdumasının şiddətlənməsinin göstəricisi olması kontekstində mövzunun şərhi.

4. Növbəti həftə ABŞ-nin müxtəlif dairələrindən olan nümayəndələrin “Tramp Sülh və Rifah Marşrutu”nu (TRIPP, Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək üçün Ermənistana gözlənilən səfəri

Bu kontekstdə artıq TRIPP layihəsinin reallaşdırılması istiqamətində konkret addımların atılması mövzusunda təhlil.

5. Rusiyanın 102-ci bazasının Ermənistan üçün daha böyük təhlükəyə çevrilməsi

Rusiyanın bu hərbi baza vasitəsilə Ermənistanın xarici siyasətinə təsir etməyə çalışmasına dair şərh.