
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyevin Çinə səfəri davam edir
Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da güclənməsinə xidmət edir. Bu səfər Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin genişləndirilməsi, Çinlə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyətlidir.
2. Azərbaycan iqtisadiyyatının inkişafında ŞƏT-in əhəmiyyəti
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri regional inteqrasiyanı gücləndirir. Nəqliyyat, enerji və ticarət sahələrində əməkdaşlıq ölkə iqtisadiyyatının inkişafına, tranzit potensialının reallaşmasına və yeni bazarlara çıxış imkanlarının genişlənməsinə töhfə verir.
3. Türk Dövlətləri Təşkilatı çərçivəsində yaşıl enerji üzrə əməkdaşlıq
Türk Dövlətləri Təşkilatı daxilində yaşıl enerji sahəsində əməkdaşlıq region ölkələrinin dayanıqlı inkişafına təkan verir. Bu əməkdaşlıq bərpa olunan enerji layihələrinin icrası, texnologiya mübadiləsi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib.
4. Putin Trampı məyus edib
ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsinə münasibət bildirərək Rusiya Federasiyasının prezidenti Vladimir Putinin davranışından ciddi şəkildə məyus olduğunu deyib. O, minlərlə insanın həyatına son qoyan bu müharibənin heç bir mənası olmadığını vurğulayıb və Putinin qərarlarının sülhə zidd olduğunu açıqlayıb.
5. Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
2025-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika qeydə alınıb. Xəzinədarlıq orqanları tərəfindən 972 mindən çox ödəniş tapşırığı icra edilib və gəlirlər proqnozu üstələyib. Bu, iqtisadi sabitlik və maliyyə intizamının möhkəmləndiyini göstərir.