
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1.Azərbaycan-Çin əlaqələrinin strateji müstəvidə inkişafı
Prezident İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşlər fonunda mövzunun şərhi.
2.Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri kimi statusunun möhkəmlənməsi
Prezident İlham Əliyevin “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı kontekstində mövzunun şərhi.
3.Minsk qrupunun buraxılması
Minsk prosesinin bağlanmasının Azərbaycanın növbəti diplomatik uğuru olması fonunda mövzunun şərhi
4.Hindistanın anti-Azərbaycan siyasəti
Çinin Tiencin şəhərində Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü zamanı ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışmasına dair səsləndirdiyi fikirlər fonunda mövzunun şərhi.
5.Azərbaycanın TDT ölkələri ilə yaşıl enerji sahəsində əməkdaşlığı
İstanbulda keçirilən “Cleantech Days 2025” forumu çərçivəsində “Regional əməkdaşlıq vasitəsilə “yaşıl” innovasiyaların gücləndirilməsi: Türk Dövlətləri Təşkilatının rolu” mövzusunda tədbir fonunda mövzunun şərhi.