
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin inkişafı
Prezident İlham Əliyevin Çinə səfəri kontekstində Azərbaycanın bu ölkə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafı barədə şərh.
2. Azərbaycanın qlobal miqyasda böyük nüfuz sahibinə çevrilməsi.
Mövzunun Prezident İlham Əliyevin Çinə səfəri kontekstində müxtəlif ölkə liderləri ilə görüşü, apardığı müzakirələr fonunda şərhi.
3. Çin texnologiya şirkətlərinin Azərbaycana marağının artması
Çin şirkətlərinin ölkəmizə investisiya qoyuluşlarına ciddi maraq göstərmələri ilə bağlı təhlil.
4. Azərbaycanla sülh prosesinin Ermənistana qazandırdığı dividendlər
Ermənistan və Pakistanın xarici işlər nazirləri Ararat Mirzoyanın və Məhəmməd İshaq Darın Çində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalaması, bunun Ermənistanın Azərbaycanla sülh prosesi sayəsində mümkün olması fonunda mövzunun şərhi.
5. Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafı
Hər iki ölkənin prezidentlərinin Çin görüşü ilə bağlı təhlil.