GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Ölkəmizin Yaxın Şərq və Körfəz Əməkdaşlıq Ölkələri ilə əməkdaşlığı

Prezident İlham ƏliyevinSəudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bununla bağlı səsləndirdiyi fikirləri əsasında təhlil

2. Zəngəzur dəhlizinin İran üçün də əhəmiyyət kəsb etməsi

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Zəngəzur dəhlizi, bunun İranda mövcud olan Şimal dəhlizinə dəstək olacağı barədə səsləndirdiyi fikirlər əsasında mövzunun şərhi

3. Azərbaycanın beynəlxalq vasitəçilik missiyası

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində ölkəmizin Suriya ilə İsrail, Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırımasında vasitəçiliyi barədə dedikləri kontekstində mövzunun şərhi edilməsi

4. Qazaxıstanın neft ixracının Azərbaycan üzərindən bərpası.

Qazaxıstanın “KazMunayQaz” şirkətinin bu ölkənin neftinin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəqlinin bərpasına dair Azərbaycan tərəfi ilə danışıqlar aparması, Bakı-Supsa boru kəmərindən də istifadə edilməsinin mümkünlüyü fonunda mövzunun şərhi.

5. Rusiyanın Ermənistandakı bazasının çıxarılması təşəbbüsləri

Ermənistanda Rusiyanın hərbi bazasının çıxarılması ilə bağlı baş qaldıran etirazlar, bunun nə dərəcə mümkün olmasına dair şərh.