GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Aşqabadda Azərbaycan, Özbəkistan və Türkmənistan arasında keçirilən üçtərəfli görüş fonunda türkdilli ölkələr arasında münasibətlərin inkişafına dair.

2. Avropanın “Qlobal Gateway” təşəbbüsünə türk dünyasının yeni töhfəsi


Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Avaza görüşü, bunun nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirmək üçün yeni regional ittifaqın yaradılması ilə nəticələnməsi və Avropanın “Qlobal Gateway” təşəbbüsünə mühüm dəstək olması kontekstində mövzunun şərhi.

3. Gümrüdəki Rusiya hərbi bazasının çıxarılmasına dair Ermənistanda artan çağırışlar


Gümrüdəki Rusiya hərbi bazasının taleyi ilə bağlı bu şəhərdə keçirilən son aksiyalar fonunda mövzunun şərhi.

4. Rusiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı


İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həştərxanda keçirilən 23-cü iclası kontekstində mövzunun şərhi.

5. Ermənistanın elektrik şəbəkəsinin Rusiyanın “Taşir” şirkətlər qrupunun rəhbəri, erməni əsilli iş adamı Samvel Karapetyan tərəfindən korrupsiya nəticəsində ələ keçirilməsi.

Bu fakt fonunda keçmiş S.Sərkisyan hakimiyyətinin korrupsioner mahiyyəti barədə təhlil.