
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyevin Türkiyəyə səfər edəcəyi
Səfərin iki ölkə arasında, xüsusən də enerji sektorunda münasibətlərin və regionda hadisələrin inkişafına təsiri fonunda mövzunun şərhi
2. Ermənistanın regionda kommunikasiyaların açılması prosesini gecikdirməsi
Ermənistanın regionda kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmaqdan imtina etməsi, sözdən o tərəfə keçməyən mövqe sərgiləməsi və bunun Cənubi Qafqazın gələcək geoiqtisadi mənzərəsinə, regionda hadisələrin inkişafına necə təsir edəcəyi baxımından mövzunun şərh olunması
3. Dünya miqyasında yeni ticarət müharibəsinin başlanması
Dünyada ticarət müharibəsinin növbəti mərhələsinin başlanması, bunun Azərbaycana təsirləri, ölkəmizdə görülən preventiv tədbirlər fonunda mövzunun təhlil edilməsi
4. Azərbaycanla D-8 təşkilatı arasında münasibətlərin inkişafına dair (Prezident İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmamı qəbul edib)
Mövzunun Azərbaycanın beynəlxalq platformalarda, eləcə də müsəlman dünyasında nüfuz və mövqelərinin güclənməsi kontekstində şərhi
5. Separatçıların məhkəmə prosesində yeni faktların açıqlanması
Separatçıların ifadələri və məhkəmə istintaqı fonunda Ermənistanın müharibə cinayətlərinin bir daha təsdiqlənməsi, eyni zamanda, təqsirləndirilən erməni əsilli şəxslərlə bağlı aparılan kampaniyanın əsassızlığının bir daha sübut olunması.