GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Regionların sosial-iqtisadi inkişafının sürətlənməsi.

Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri kontekstində mövzunun şərhi.

2. AŞPA-nın anti-Azərbaycan və anti-Gürcüstan siyasəti.

Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan siyasətinin davam etməsi, qurumun deputatlarının Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasını, ölkəni Avropa Şurasından çıxarmağı təklif etməsi fonunda mövzunun şərhi

3. Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi.

Avqustun 22-də keçiriləcək Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi, bunun Zəngəzur dəhlizinin reallaşması istiqamətində növbəti mühüm addım olması fonunda mövzunun şərhi.

4. İran-Ermənistan münasibətləri.

Vaşinqton razılaşmalarından sonra sonra iki ölkə arasında münasibətlərdə qabarıq görünən ziddiyyətlərlə bağlı şərh.

5. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Prezident İlham Əliyevə təbrik məktubu fonunda iki ölkə arasında münasibətlərin strateji müstəvidə inkişafına dair təhlil.