
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. İran-Ermənistan münasibətlərində ziddiyyətlər
Ermənistan baş naziri ilə görüşündən sonra İran Prezidenti Məsud Pezeşkianın bölgədəki problemlərin digər qüvvələrə ötürülməsinin vəziyyəti daha da mürəkkəbləşdirməsi, bunun rəsmi İrəvana xəbərdarlıq olması, İran-Ermənistan münsibətlərində ziddiyyətlərə yol açması fonunda mövzunun şərhi
2. Qeyri-neft-qaz sektorunun inkişafının sürətlənməsi
Maliyyə Nazirliyinin açıqladığı “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənəd əsasında mövzunun şərhi
3. Rusiya-Ukrayna müharibəsinin həllində yeni mərhələ
Mövzunun Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında yaxın günlərdə baş tutacaq görüş, bunun nəticəsində savaşın dayanma ehtimalının yüksək olması kontekstində şərhi.
4. Ermənistanda ictimai rəyin sülh prosesinə hazırlanması.
Nikol Paşinyanın erməni xalqına son müraciətində səsləndirdiyi fikirləri fonunda mövzunun şərhi.
5. ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə etməsi.
Türkiyənin Cənubi Qafqazda Azərbaycanla birlikdə sülhyaratma prosesində itirakına dair təhlil.