GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. ATƏT-in Minsk qrupunun ləğvi

Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət etməsi, bunun iki ölkə arasında etimad quruculuğuna verdiyi töhfələr fonunda mövzunun şərhi

2. Azərbaycan və Ermənistan arasında sülh prosesi

“Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin yayılması, prosesin Azərbaycanın istədiyi şərtlər əsasında irəliləməsi kontekstində mövzunun şərhi

3. Rusiyada anti-Azərbaycan qüvvələrin fəaliyyəti.

Rusiyanın bir sıra media vasitələri, müəyyən rəsmi şəxslərinin anti-Azərbaycan mövqeyindən çıxış etməyə davam etməsi, bunun iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsirləri fonunda mövzunun şərhi

4. Tramp sülh yolu ilə bağlı mühüm razılaşma fonunda Ermənistan-İran münasibətlərində etimadın azalması, gərginliyin artması

İran rəsmilərinin “Tramp sülh yolu” ilə bağlı təhdidləri, Ermənistana qarşı etimadsızlığın yaranması, Nikol Paşinyanın bununla əlaqədar Məsud Peseşkianla telefon danışığı fonunda təhlil 

5. Ukrayna müharibəsinin dayandırılması üzrə ABŞ-Rusiya danışıqları

Donald Tramp və Vladimir Putin arasında Alyaskada gözlənilən görüş fonunda Ukrayna müharibəsinin dayandırılması mümkünlüyü barədə şərh