GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni mərhələ

Prezident İlham Əliyevin ABŞ-yə səfəri kontekstində mövzunun şərhi.

2. Xəzərin dayazlaşması və bunun yaratdığı ekoloji problemlər.

Türkmənistanda BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində keçirlən iclasında Xəzərin dayazlaşmasının müzakirə edilməsi, Bakıda Xəzərin dayazlaşması ilə bağlı beştərəfli ekspert qrupunun ilk toplantısının nəzərdə tutulması fonunda mövzunun şərhi.

3. Azərbaycanın Ermənistanın mina terrorunun ifşası istiqamətində yürütdüyü hücum diplomatiyası.

Kəlbəcərdə mina partlayışının hərbçilərimizin ağır yaralanmasına səbəb olması ilə əlaqədar Azərbaycanın beynəlxalq təşkilatlara müraciətinə dair şərh.

4. Ticarət müharibəsinin kəskinləşməsinin qlobal iqtisadiyyata təsiri

ABŞ prezidenti Donald Tramp təsdiq etdiyi yeni tariflərin qüvvəyə minməsinin dünya iqtisadiyyatına təsiri kontekstində mövzunun şərhi

5. Ermənistanın dövlət borcunun artımı.

Ermənistanın iqtisadiyyatındakı durğunluğun dövlət borcunun rekord səviyyəyə gətirib çıxarmasına dair təhlil.