
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türkmənistanda Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət görüşünün hazırlanması və keçirilməsi məsələlərinə həsr olunmuş xüsusi tədbirdə çıxışı zamanı Mərkəzi Asiya ölkələrinin Azərbaycanla səmərəli əməkdaşlıq etməsi, ticarət, nəqliyyat, “yaşıl enerji” sahəsində layihələr həyata keçirməsinə dair səsləndirdiyi fikirlər əsasında mövzunun şərhi.
2. Ermənistanın mina terrorunun davam etməsi.
Kəlbəcər rayonunda Azərbaycan hərbçilərinin minaya düşməsi, bunun Ermənistanın mina terrorunun davam etməsinin növbəti təzahürü olması fonunda mövzunun şərhi.
3. Azərbaycan və Moldova arasında enerji əməkdaşlığı.
Moldovanın energetika naziri Dorin Jungiyetunun qaz təchizatı mənbələrinin şaxələndirilməsi strategiyası çərçivəsində ölkəsinin Azərbaycan şirkətlərini potensial təchizatçılar kimi cəlb etməkdə maraqlı olduğunu bildirməsi, Azərbaycan qazının Ukraynadan sonra Moldovaya ötürülməsinin mümkünlüyü fonunda mövzunun şərhi.
4. Azərbaycanın Türkmənistanda keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında Xəzərdə suyun azalması problemini qaldırması.
Azərbaycanın iqlim və ekoloji problemlərin həllinə həssas yanaşması barədə təhlil.
5. ABŞ-ın Ermənistanla Azərbaycan arasnda normallaşma prosesinə töhfələri, regionda sülhdə maraqlı olması.
Donald Tramp Administrasiyasının sülh quruculuğu istiqamətində aparılan danışıqlara dəstək verməsi, bu istiqamətdə fəallığı, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil ediləcəyi barədə xəbərlər əsasında təhlil.