
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan və Ermənistanın Vaşinqtonda sülh üzrə anlaşma memorandumu imzalamasının mümkünlüyü
Mövzunun “Middle East Eye” nəşrinin qeyd edilən xüsusda yaydığı məlumat əsasında şərhi
2. İranda müəyyən qüvvələrin anti-Azərbaycan siyasətini davam etdirməsi
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddiaları, bunun iki ölkə arasında münasibətlərə xələl gətirməsi, belə yanaşmanın İran prezidenti Məsud Pezeşkianın yanaşması ilə də ziddiyyət təşkil etməsi fonunda mövzunun şərhi
3. Azərbaycanın Yaxın Şərqin enerji bazarında mövqeyinin güclənməsi
Azərbaycan təbii qazının Suriyaya ixracından sonra perspektivdə ölkəmizdə hasil edilən yaşıl enerjinin də bura, eləcə də digər müəyyən Yaxın Şərq dövlətlərinə mümkün ixracı fonunda mövzunun şərhi.
4. Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Qarabağ ermənilərinə yardımı
Bu addımın arxasında Rusiyanın müəyyən məkrli siyasi qüvvələrinin maraqlarının dayanmasına, humanitar yardım adı altında separatçıların dəstəklənməsinə dair təhlil.
5. Avqustun 12-dən 20-dək keçiriləcək Ermənistan-ABŞ hərbi təlimləri
Ermənistanın regionda militarizasiyasi siyasətini davam etdirməsi, Ordusunu modernləşdirmək və silahlandırmaq cəhdləri, bunun doğurduğu təhdidlərə dair şərh.