
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Ermənistanda enerji böhranı yaşanır
Ermənistan enerji resurslarının çatışmazlığı və regionda artan qiymətlər fonunda ciddi enerji böhranı ilə üz-üzədir. Ölkədə elektrik enerjisinin fasilələrlə verilməsi, qaz idxalındakı problemlər və daxili istehsalın zəifliyi vəziyyəti daha da ağırlaşdırır.
2. Ermənistan hələ də ATƏT-in Minsk qrupundan imtina etmir
2020-ci il müharibəsindən sonra formatını və əhəmiyyətini itirən ATƏT-in Minsk qrupu hələ də Ermənistanın siyasi ritorikasında yer almaqda davam edir. Rəsmi İrəvan bu qurumu hələ də legitim platforma kimi təqdim etməyə çalışsa da, regional reallıqlar və yeni vasitəçilərin önə çıxması Minsk qrupunu faktiki olaraq sıradan çıxarıb.
3. Tramp Rusiyaya verdiyi möhləti qısaltdı
Amerika prezidenti Donald Tramp Rusiya verdiyi 50 günlük möhləti 10-12 günə endirib. O, Ukrayna ilə müharibəni davam etdirdiyi üçün Kremlə qarşı daha sərt addımlar atılacağını vurğulayıb.
4. Rusiya-Ukrayna sülh danışıqları Türkiyədə olacaq
Rusiya-Ukrayna sülh danışıqlarına Türkiyə ev sahibliyi edəcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ankara həm Moskva, həm də Kiyev üçün qəbulolunan neytral vasitəçi sayılır və proses uğurla nəticələnəcəyi təqdirdə, bu, Türkiyənin regional diplomatik nüfuzunu daha da artıracaq.
5. Lavrovun etirafı: Rusiyanın müttəfiqi qalmayıb
Rusiya Xarici İşlər naziri Sergey Lavrov etiraf edib ki, Qərbin sanksiyaları və müharibə nəticəsində Rusiyanın beynəlxalq müttəfiqlərinin sayı kəskin azalıb. O, bəzi tərəfdaş ölkələrin Moskva ilə məsafə saxladığını, bunun isə Rusiyanın diplomatik manevr imkanlarını məhdudlaşdırdığını qeyd edib.