
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. ABŞ-la Avropa Birliyi arasında ticarət razılaşması.
ABŞ-nin gömrük idxal rüsumlarının kəskin yüksəldilməsi barədə qərarlarından sonra Avropa İttifaqı ilə bu sahədə əldə olunmuş razılaşmaların əhəmiyyətinə dair şərh.
2. Ermənistanda hələ də revanşist düşüncənin hakim olması.
Ermənistandakı radikal-revanşist qüvvələrin sülh quruculuğu prosesinə xələl gətirmək cəhdləri ilə bağlı təhlil. (Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsi əsasında)
3. Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı yeni qərəzli qətnamənin qəbulu.
Fransanın Cənubi Qafqazdakı proseslərə müdaxilə cəhdlərindən əl çəkməməsi, sülh prosesinə mane olması, dolayı və aşkar şəkildə Ermənistanı revanşist addımlara təhrik etməsi.
4. Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşlarının azalması.
Ermənistanda sərmayə mühitinin pisləşməsi, xarici investorların bu ölkəyə investisiya yatırmağa ehtiyatla yanaşmaları mövzusunda təhlil.
5. Azərbaycan-Gürcüstan əlaqələrinin intensiv inkişafı.
Son günlər iki ölkə arasında diplomatik təmasların, qarşılıqlı səfərlərin artması fonunda mövcud əməkdaşlığın inkişaf perspektivlərinə dair təhlil.