GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. ABŞ konqresmenlərinin dövlət katibinə qərəzli müraciəti

Bir qrup amerikalı konqresmen dövlət katibi Mark Rubionu Qarabağ ermənilərinin hüquqlarını müdafiə etməyə çağırıb. Onlar iddia edirlər ki, bu icmanın təhlükəsiz şəkildə geri qayıtması təmin olunmalıdır. Müraciət Azərbaycana qarşı qərəzli mövqe kimi qiymətləndirilir.

2. Fransa Senatının Azərbaycana qarşı qətnaməsi

Fransa Senatı Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib. Sənəddə Azərbaycanda guya saxlanılan erməni hərbi əsirlərin azad olunması tələb olunur. Qətnamə Bakıda ciddi narazılıqla qarşılanıb və beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirilib.

3. Mixail Qusman vəzifəsindən niyə azad edildi?

TASS-ın baş direktorunun birinci müavini olan Mixail Qusman vəzifəsindən azad edilib. İddia olunur ki, Rusiya rəhbərliyi bu addımı onun III Şuşa Qlobal Media Forumunda iştirakından sonra atıb.


4. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib. Səfər zamanı Rusiya-Ermənistan münasibətlərindəki gərginlik fonunda ikitərəfli əlaqələr, KTMT və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Bu səfərə Qərbin reaksiyasının hansı formada təzahür edəcəyi müzakirə olunur.

5. Ermənistan Zəngəzur dəhlizinin ABŞ-yə icarə verilməsindən imtina etdi

Ermənistan Zəngəzurdan keçəcək beynəlxalq nəqliyyat yolunun ABŞ və Qərb şirkətlərinə icarəyə verilməsi ilə bağlı təklifləri qəbul etməyib. İrəvan bu qərarı suverenliyə təhdid kimi dəyərləndirib.