
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Tramp-Zelenski arasındakı gərginlik fonunda Prezident İlham Əliyevin liderlik uğuru
Prezident İlham Əliyev heç bir beynəlxalq gücə kor-koranə bel bağlamadan, Azərbaycanın milli maraqlarını qətiyyətlə qorudu. 44 günlük müharibədə öz iradəsi və strateji uzaqgörənliyi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
2. Trampın Ukrayna siyasəti nə vəd edir?
Trampın Zelenskini açıq şəkildə tənqid etməsi ABŞ-nin Ukrayna müharibəsindəki mövqeyini zəiflədə bilər. ABŞ-nin bu siyasəti Avropa və Rusiya arasında yeni geosiyasi kombinasiyalara yol aça bilər.
3. Avropa liderlərinin Kiyevə dəstək sammiti
Trampın Ukrayna siyasətində dəyişiklik etməsi və ABŞ-nin yardımı dayandırma ehtimalı Avropanı hərəkətə keçməyə məcbur edib. Aİ liderləri Ukraynaya dəstək sammiti keçirərək siyasi və maliyyə yardımını gücləndirəcəklərini bəyan ediblər. Lakin Avropanın təkbaşına bu yükü qaldırması sual altındadır.
4. İran Prezidenti Məsud Pezeşkian və nüvə sazişi
Pezeşkian ABŞ-la nüvə sazişi üzrə dialoqu bərpa etməyə açıq olduğunu bildirir, lakin İranın ali dini lideri bunu rədd edir. Bu, İran daxilində siyasi gərginliyin artdığını və daxili mübarizənin gücləndiyini göstərir.
5. Ramazan ayının əhəmiyyəti
Ramazan ayı bütün dünya müsəlmanlarını birliyə, həmrəyliyə çağıran aydır. Bu ay mehribanlığı, sülhü tərənnüm edir.