GÜMÜŞ ISTEHSALI ARTIB

Yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 4 tondan çoxu gümüşün payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artıb.

Dekabrın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 91,3 kiloqram təşkil edib.