GUAM İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN KONSULLUQ MƏSƏLƏLƏRİNDƏ QARŞILIQLI YARDIM GÖSTƏRİLMƏSİ İLƏ BAĞLI KONVENSİYA TƏSDİQ EDİLİB

GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi ilə bağlı Konvensiya təsdiq edilib.

Prezident İlham Əliyev “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış Konvensiyanın təsdiq edilməsi ilə bağlı Qanunu təsdiq edib.