“GOOGLE CHROME” VEB BRAUZERİNDƏ KRİTİK BOŞLUQ AŞKARLANIB

“Google Chrome” veb brauzerində kritik boşluq (CVE-2023-3079) aşkarlanıb.

Elektron Təhlükəsizlik Xidməti xəbər verir ki, boşluğa “Chrome V8 JavaScript” mühərrikində növ qarışıqlığı zəifliyi (type confusion) səbəb olur.

Boşluğun uğurlu istifadəsi kiberdələduzun uzaqdan kod icra etməsinə və brauzerin fəaliyyətinin dayanmasına səbəb ola bilər. Boşluq “Windows”, “Mac” və “Linux” əməliyyat sistemlərində mövcud “Google Chrome” veb brauzerinə təsir göstərir.

“Windows” əməliyyat sisteminin istifadəçilərinə brauzeri “114.0.5735.110” versiyasına, “Mac” və “Linux” əməliyyat sistemlərinin istifadəçilərinə isə “114.0.5735.106” versiyasına yeniləmələri tövsiyə olunur.