GLOBAL JOURNALİSM COUNCİL İKİ AZƏRBAYCANLI JURNALİSTİN QƏTLƏ YETİRİLMƏSİ İLƏ BAĞLI BƏYANAT YAYIB

Global Journalism Council (GJC) beynəlxalq jurnalist təşkilatı ermənilərin minaladağı Azərbaycan ərazilərində iki azərbaycanlı jurnalistin mianaya düşüb həlak olması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bu gün iki jurnalist həmkarımız, azərbaycanlı jurnalistlər, Azərbaycan Dövlət Xəbər Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AZTV) operatoru Sirac Abışovun Ermənistanın minaladığı Azərbaycanın Kəlbəcər bölgəsində mina patrtlaması nəticəsində həlak olması bizi çox qayğılandırdı və qanlı olayı dərin kədərlə qarşıladıq. Həmkarlarımızın öz jurnalist vəzifələrini yerinə yetirərkən Ermənistanın minaladığı ərazidə həyatlarını itirmələrini bütün dünya jurnalistlərinin terrora məruz qalması kimi qiymətləndiririk”.

Qlobal Jurnalistlər Şurasının Prezidenti Mehmet Ali Dimin adından yayılan bəyanatda daha sonra deyilir:

“Rəsmi Bakıya istinadən Ermənistanın minaladığı Azərbaycan ərazilərinin xəritəsini verməməsi bütün beynəlxalq konvensiyalara zidd və hayqırıdır. Məhz bunun nəticəsində həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışovun həyatlarını dəyişmələrini dünyadakı bütün jurnalistlərə qarşı terrror kimi qiymətləndiririk. Bütün beynəlxalq təşkilatlardan, insan haqlarını müdafiə edən beynəlxalq qurumlardan, xüsusilə də beynəlxalq jurnalist təşkilatlatrından bu qanlı olaya laqeyd qalmamağa çağırır, jurnalitlərin ölümünə səbəb olan bu qanlı aktı qınayırıq. Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə səsləyirik”.