“GİZLİ DÜŞMƏN” FİLMİ TEZLİKLƏ AUDİTORİYAYA TƏQDİM OLUNACAQ

MTM (“Media Təhlil Mərkəzi” İctimai Birliyi) CBC telekanalı ilə birgə “Gizli düşmən” sənədli filminin istehsalını başa çatdırıb. Filmdə işğaldan azad olunmuş torpaqlarda Ermənistanın “miras” qoyduğu minaların doğurduğu fəsadlardan bəhs olunur, indiyə qədər yüzlərlə insanın minaların qurbanı olduğu faktı qabardılır. Filmdə doğma torpağını görmək üçün işğaldan azad olunmuş ərazilərə gedən ailənin faciəvi sonluğundan da bəhs edilir. Bununla yanaşı, filmdə Azərbaycan Minatəmizləmə Agentliyinin fəaliyyətindən, hər gün ölüm təhlükəsi ilə üzləşən cəsur minaaxtaran mütəxəssislərimizin qəhrəmanlığından danışılır. MTM-in sifarişi ilə hazırlanan “Gizli düşmən” filmi tezliklə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.

Qeyd edək ki, “Gizli düşmən” filminin anonsunu MTM-in “Facebook” səhifəsində https://fb.watch/d5WLep_8Le/ izləmək mümkündür.