
Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.
Kişi gimnastlar arasında halqalar üzrə final mərhələsində çıxış edən təmsilçimiz hakimlərdən 14,633 xal alıb.
İran təmsilçisi Mehdi Ahmad Kohani 14,500 xalla ikinci, avstriyalı Vinzenz Hoeck 14,433 xalla üçüncü olublar.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.






