GİMNASTIMIZ İLONA ZEYNALOVA POLŞADAN İKİ MEDALLA QAYIDIB

Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə XV “Irina Cup” beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının məlumatında bildirilir ki, turnirdə iştirak edən millimizin üzvü İlona Zeynalova iki bürünc medal qazanıb.

Gimnastımız lentlə hərəkətlərin icrasında və çoxnövçülük proqramında fəxri kürsünün üçüncü pilləsində yer alıb.