GENERAL HÜSEYN ƏŞTƏRİ: İRAN-AZƏRBAYCAN SƏRHƏDİ DOSTLUQ VƏ QARDAŞLIQ SƏRHƏDİDİR

İran-Azərbaycan sərhədi dostluq və qardaşlıq sərhədidir. İki qonşu və dost ölkənin sərhədində heç bir problem yaşanmır.

Bu sözləri İranın Nizam Qüvvələrinin komandanı, general-mayor Hüseyn Əştəri Culfa şəhərinə səfəri zamanı bildirib. Səfər çərçivəsində general sərhəd məntəqələrinə baxış keçirib. O diqqətə çatdırıb ki, təhlükəsizlik baxımından Culfa məntəqəsi sərhədin ən sabit yeridir. Azərbaycanlı sərhədçilərlə qarşılıqlı əməkdaşlıq sayəsində İran-Azərbaycan sərhədində sabitlik hökm sürür.

General sərhədçilərin xidmətini yüksək qiymətləndirib.

Qeyd edək ki, İranda polis və sərhəd xidməti Nizam Qüvvələrinin tabeçiliyində fəaliyyət göstərir.