
İstanbulda qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, təmsilçilərimizdən şəxsi yarışlarda yalnız Nazilə Rəhimova pley-offa yüksəlməyi bacarıb.
Qrupda 3 qələbəsi olan N.Rəhimova pley-offda fransalı Elea Jouveyə 10:15 hesabı ilə uduzub. Xədicə Həsənli və Azərin İdriszadə isə qrup mərhələsini adlaya bilməyiblər.
Qızların komanda yarışında ilk görüşdə Honkonqa 45:20 hesabı ilə qalib gələn şpaqaçılarımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Polşa yığmasına 18:45 hesabı ilə məğlub olublar.
