GƏNC İSTEDADIN BEYNƏLXALQ MÜSABİQƏDƏKİ UĞURU

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin Fortepiano şöbəsinin şagirdi Ləman Qəhrəmanova (müəllimi Mehriban İbrahimova) Şimali Kipr Türk Respublikasında keçirilən “Cyprus Star Media” adlı onlayn beynəlxalq müsabiqədə uğurla iştirak edib.

Baş İdarədən verilən məlumata görə, gənc istedad Ləman Qəhrəmanova 8 yaş kateqoriyası üzrə fortepiano nominasiyasında çıxış edərək, münsiflər heyətinin qərarına əsasən II dərəcəli diploma layiq görülüb.