GƏNCƏ AVTOMOBİL YOLUNUN BİR HİSSƏSİNDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ TAM MƏHDUDLAŞDIRILACAQ

R-51 M-2 (336 kilometr) – Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar olaraq, 11 iyun saat 00:00-dan başlayaraq sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.