Hazırda Türkiyədə 56 hava limanı fəaliyyət göstərir. Gələn il istifadəyə veriləcək daha beş aeroportla ölkədəki hava limanlarının sayı 61-ə yüksələcək.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Nazir qeyd edib ki, son 19 ildə yalnız rəhbərlik etdiyi nazirlik tərəfindən qardaş ölkənin nəqliyyat və infrastruktur sahəsinə 1 trilyon 150 milyard türk lirəsi məbləğində sərmayə qoyulub. Bunun 80 faizi dövlət büdcəsindən qarşılanıb.