GƏLƏN İL YAŞAYIŞ MİNİMUMU 210 MANAT OLACAQ

“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda qəbul edilib.

Layihədə 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsi təklif edilib.