2022-ci il “Avroviziya” mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək.
Bu barədə İtaliya KİV-ləri yazır.
Qeyd olunur ki, ölkənin dövlət radio-televiziya şirkəti RAI qərarı yaxın günlərdə açıqlayacaq. Bununla belə, Turinin namizədliyinin artıq təsdiq olunduğu deyilir.
Mahnı müsabiqəsinin təşkili üçün, həm də Milan, Bolonya, Rimini və Pezaro şəhərləri də namizədliyini vermişdi.
Xatırladaq ki, 2021-ci ildə keçirilmiş “Avroviziya”da İtaliyanın “Maneskin” qrupu qələbə qazanıb. Bu, İtaliyanın müsabiqədə üçüncü qələbəsi olub.