GƏDƏBƏYƏ MÖVSÜMÜN İLK QARI YAĞIB

Ötən gün axşam saatlarında Gədəbəy rayonuna mövsümün ilk qarı yağıb.

Rayon mərkəzində və ətraf kəndlərdə qarın hündürlüyü təxminən 5-15 santimetr təşkil edib. Yollarda nəqliyyatın hərəkətində çətinlik qeydə alınmayıb. Elektrik və mavi yanacağın verilişində fasilələr yaşanmayıb.

Hazırda bölgədə yağıntısız hava şəraiti hökm sürür.