FÜZULİ RAYONUNUN QARADAĞLI KƏNDİNİN VİDEOGÖRÜNTÜLƏRİ

Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Qaradağlı kəndinin videogörüntülərini paylaşıb.
Qaradağlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 14-də kəndi işğaldan azad edib.