Türkiyənin vitse-prezidenti Fuad Oktay 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Fuad Oktay bu barədə öz rəsmi Twitter səhifəsində paylaşım edib:
“Can Azərbaycan 44 günlük mübarizəsini 1 il öncə bu gün qələbə ilə taclandırdı və Qarabağı azad etdi. Qardaş Azərbaycanın Zəfər Günü mübarək! Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun”.