Fransızların yarısı növbədənkənar parlament seçkilərində Marin Le Penin sağçı “Milli birlik” partiyasının qalib gəlməsini istəyir.
Bu barədə məlumat LCI telekanalı, Figaro qəzeti və Sud Radio radiostansiyası üçün IFOP-un keçirdiyi rəy sorğusunun nəticələrində yer alıb.
Sosioloji araşdırmaya görə, respublikaçıların tərəfdarlarının 48 faizi də koalisiya müttəfiqlərinin qalib gəlməsini istəyir. Fransızların təxminən yarısı (47 faiz) Le Penin partiyasının uğuruna əmindir və seçicilərin 43 faizi onu solçu “Yeni Xalq Cəbhəsi” ilə müqayisədə “xalqa daha yaxın” hesab edir. Respondentlərin 40 faizinin fikrincə, “Milli birlik” dəyərləri daha demokratikdir.
Xatırladaq ki, Fransa parlamentinə seçkilərin iyunun 30-da keçirilən birinci turunda “Milli birlik” partiyası Respublikaçılar partiyasından olan müttəfiqləri ilə birlikdə 33,15 faiz səs toplayaraq önə çıxıb. Solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 27,99 faiz, prezident Emmanuel Makronun koalisiyası isə 20,04 faiz səs toplayıb.