
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Metz şəhərinin meri Fransua Grosdidye (François Grosdidier) ilə görüşüb.
Səfirliyin Mədəniyyət Mərkəzində keçirilmiş görüşdə Metz şəhəri ilə Azərbaycanın regionları arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Əməkdaşlığın perspektivləri müzakirə olunub.
Mer səfirə səmimi qəbula görə təşəkkür edib.
