FRANSANIN “LA GAZETTE DU CAUCASE” NƏŞRİ “FRANCE 24” AGENTLİYİNİN ANTİ-AZƏRBAYCAN REPORTAJINI TƏNQİD EDİB

Fransanın Parisdə yerləşən La Gazette du Caucase onlayn qəzetinin baş redaktoru, tanınmış fransalı jurnalist Jan-Mişel Bryun “France 24” agentliyinin Azərbaycan haqqında qərəzli reportajını tənqid edib.

Jurnalist sözügedən reportaj barədə məqalə dərc edib.

“Materialın başlığı belədir: “Fevralın 7-də Azərbaycanda keçirilən Prezident seçkilərində fransız müşahidəçilərin olmaması, fransa kolonializmini pisləyən qrup və 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarını hədəf alan onlayn kampaniyanı birləşdirən nədir?” Artıq başlığın özündə ton bəllidir, belə ki, burada Fransanın rəsmi diskursunun ana xəttinə çevrilmiş üç klişe təkrarlanır: “Azərbaycan demokratiya deyil”, “Fransanı ədalətsizcəsinə neokolonial ölkə olmaqda ittiham edirlər”, “əcnəbi agentlər isə Fransanın ulduz saatına çevrilməli olan 2024-cü il Olimpiya Oyunlarına hücum edərək Fransanı nüfuzdan salmağa çalışırlar”, – məqalədə deyilir.

Jan-Mişel Bryun sual verir: niyə Fransa KİV-i onilliklərlə Azərbaycanı görməzdən gəldikdən sonra indi onunla belə maraqlanırlar?

“Azərbaycanda 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Fransa ilə münasibətləri çox gözəl olub. Haqlı olaraq dünyəvilik və çoxetniklilik nümunəsi, eləcə də qadın hüquqları sahəsində pioner hesab edilən ğlkə Prezident Heydər Əliyevin rəhbərliyi altında sovet hakimiyyətindən keçidinə uğurla başlayıb. İki ölkə arasındakı mədəni əlaqələrə xüsusi diqqət yetirilib, belə ki, bu sayədə Bakını “Qafqazın Parisi” adlandırırdılar. Bir qədər sonra qızıl və qiymətli metllar kimi təbii sərvətlərlə zəngin olan Qarabağa iddia edən qonşu Ermənistan regiona soxuldu. Lakin Ermənistanın vəziyyətlə bağlı danışıqlar aparmaqdan imtinasından və Minsk qrupunun səmərəsizliyindən yorulan Azərbaycan 2020-ci ildə müstəqil şəkildə öz torpaqlarını azad etməyə qərar verib”, – deyə müəllif bildirib.

Qəzetin baş redaktoru qeyd edib ki, bu müddətdə Fransadakı erməni icması (ən azından, daha milli qolu) ölkənin siyasi arenasında və kütləvi informasiya vasitələrində mühüm yer tutub.

“Siyasi partiyaların əksəriyyəti, o cümlədən prezidentin partiyası erməni ultramilliyyətçi hərəkatlarının tərəfinə çıxıb və “Bakını döymək” siyasətinə başlayıb. Bu Fransanı qəti surətdə regiondakı nüfuzundan məhrum edib. Fransa Qarabağda erməni işğalı nəticəsində dağıdılmış şəhərlərin bərpasında və iri iqtisadi layihələrdə iştirak etmir və bu işlər Böyük Britaniya və İtaliya şirkətlərinə tapşırılıb. Misal üçün, “Şəfəq” elektrik stansiyasının tikintisi Fransa şirkəti deyil, Böyük Britaniyanın bp şirkəti tərəfindən həyata keçiriləcək. Bundan başqa, məhz bu kor siyasət Fransanın Afrikada öz nüfuzunu itirməsinə səbəb olub. Fransa “Atlantizm”ionun təkcə afrika və Qafqazda legitimliyini pozmadı, həm də öz dostları tərəfindən xəyanətə uğramış ölkənin məsxərə obyekti olması ilə nəticələndi. O getməyə məcbur olan kimi, ABŞ dərhal onu əvəzləməyə çalışdı. Boşuna, çünki Afrika görünür, Çin və Rusiya kimi daha etibarlı hesab etdiyi tərəfdaşlara üstünlük verdi”, – deyə Jan-Mişel Bryun yazır.

O vurğulayıb ki, Fransa Azərbaycanla münasibətlərini yoluna qoymağa çalışmaq əvəzinə erməni separatçılarına dəstəyini qoruyub saxladı və gücləndirdi və o qədər uzağa getdi ki, Ermənistana silah tədarük etməyə söz verdi, hərçənd sonunca Azərbaycanla birbaşa danışıqlara başlayıb.

“Bu səbəbdən təəəccüblü deyil ki, ötən ilə qədər Qoşulmama Hərəkatının sədri olan Azərbaycan “Bakı Təşəbbüsü” vasitəsilə müstəmləkəçilik və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləməyə qərar verdi. Buraya əlbəttə ki, özlərini Fransa siyasətinin qurbanları hesab edən xalqlar, xüsusən Vest-Hind və Polineziya, hətta Korsikadakı xalqlar aiddir”, – deyə məqalədə qeyd olunur.

Bryunun sözlərinə görə, Azərbaycanda bu yaxında keçirilən Prezident seçkiləri Fransa KİV-i və ölkənin Xarici İşlər Nazirliyinə yenidən Bakını qaralamaq imkanı verib.

“Xarici və Daxili İşlər Nazirlikləri iki fransız agentinin Bakıda yaşayan fransalı biznesmen Martin Rayanı casusluğa cəlb etmək istəyərkən cinayət başında yaxalanması faktından hələ də özlərinə gəlməyib. Bu, uzun müddət ard-arda kobud səhvlərdən sonra yekun nəticədə Emmanuel Makrondan minnətdarlıq alan Fransa Xarici Kəşfiyyatının rəhbəri Bernar Emi üçün çox ağır idi. “Fransanın Səsi” yekun səsverməni tənqid etməkdən yan keçmədi. 89 ölkədən 72 beynəlxalq təşkilatı təmsil edən 790 müşahidəçinin iştirakına baxmayaraq, məqalə müəlliflərinin fikrincə, fransızların iştirak etməməsi seçkiləri qeyri-legitim etdi. İstənilən halda fransalı müşahidəçinin qiymətləndirməsi şübhə ilə qarşılana bilərdi. “France 24” telekanalı erməni mətbuatının uydurduğu və Azərbaycana qarşı hücumlarını dəstəkləməyən hər kəsi qaçınılmaz şəkildə hamını korrupsiyada ittiham edən “kürü diplomatiyası” ifadəsini təkrarlayır.

Artıq Azərbaycanda naz-nemət predmeti olmayan qara kürüyə gəlincə, onu əldə etməyin yolu köhnə Bakıdakı müstəsna mağazalarda satın almaqdır. Hətta Azərbaycan tərəfindən Strasburq Kafedralı kimi Fransa abidələrinin restavrasiyası “siyasət və media dünyasında nüfuzun möhkəmləndirilməsi” üsulu kimi nəzərdən keçirilir”, – deyə müəllif qeyd edir.

Onun sözlərinə görə, “France 24” həmçinin “Viginum” agentliyinin hesabatını nüsxələyib. Hesabata əsasən, Azərbaycan videoçarxlar və postların köməyilə 2024-cü il Olimpiya Oyunlarının təşkilini qaralamağa çalışıb.

“Sanki bunun üçün bizə Bakının köməyi laızm idi. İl-de-Frans regionunun prefekti və prezidenti, polis və Hesablama Palatası artıq hər gün oyunların təşkilinə diletant yanaşmanın olduğundan və bütün sahələrdə, xüsusən təhlükəsizlik və nəqliyyat sahələrində ləngimədən xəbər verirlər. Fransız karikaturaçıları həmçinin, açıq qapılar keçirərək turistlərin gəlişini səbirsizliklə gözləyən Paris siçovullarının rəsmini çəkirlər. “Viginum”a gəlincə, bu “Fransanın əcnəbi rəqəmsal müdaxiləyə qarşı müdafiə üzrə hökumət agentliyi”dir. Əslində, bu, Fransanın çoxsaylı kəşfiyyat xidmətlərindən biri olan Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyin bir qoludur. O, Rayan fiaskosuna görə cavabdeh olan Fransa Xarici Kəşfiyyat Baş İdarəsi kimi təkcə kəşfiyyat məlumatları toplamır, həm də özünün manipulyasiyalarda ittiham etdiyi xarici xidmətlərin məlumatları qədər “etibarlı” olan informasiyalar yayır.