Fransanın İrandakı səfiri Nikolya Roşa Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
Böyük Britaniya, Almaniya, Avstriya, Portuqaliya, İsveç, İsveçrə səfirlərinin ardınca Fransa səfirinə İran tərəfi etiraz bildirib. Fransa da digər Avropa dövlətləri kimi, İranda baş verən kütləvi aksiyalar zamanı insanlara qarşı təhlükəsizlik qüvvələrinin qəddar davranışını qınayıb və insan hüquqlarının kobudluqla pozulduğunu bildirib. Bununla yanaşı, Fransa senatı insan hüquqları ilə əlaqədar İrana qarşı qərar qəbul edib.
Səfirin diqqətinə çatdırılıb ki, senatın bu qərarı İranın daxili işlərinə qarışmaqdır. Səfir İranın etirazının dərhal öz hökumətinə çatdıracağını bildirib.