Fransa prezidenti Emmanuel Makron ölkə hərbçiləri tərəfindən Sahel bölgəsindəki İŞİD terror təşkilatının liderini məhv etdiyini elan edib.
Bu barədə Fransa prezidenti öz “Twitter” səhifəsində yazıb.
E.Makron qeyd edib: “Böyük Saharada “İslam Dövləti” terror qruplaşmasının lideri Adnan Əbu Valid əl-Sahraui Fransa qoşunları tərəfindən zərərsizləşdirilib. Bu, Saheldəki terror qruplaşmalarına qarşı mübarizəmizdəki daha bir böyük uğurdur”.