FRANSA “ARMİSTİCE” – BARIŞIQ GÜNÜNÜ QEYD EDİR

Bu gün Fransa Birinci Dünya müharibəsinin başa çatmasının – Barışıq Gününün 103-cü ildönümünü qeyd edir.
“Naməlum əsgərin” qəbri önündə keçirilən rəsmi tədbirdən sonra Fransa Prezidentinin iştirakı ilə cari il oktyabrın 12-də vəfat etmiş qurtuluşun sonuncu üzvü Über Jermənin xatirəsi anılıb.
Xatırladaq ki, “Barışıq” müqaviləsi 1918-ci il noyabrın 11-də səhər saat 5:20-də Uazda “Compiegne” meşəsində imzalanmış və həmin gün saat 11-dən qüvvəyə minmişdir. “Barışıq“ müqaviləsi Böyük Britaniyanın təmsilçisi Admiral Vemis, Almaniyanın təmsilçisi Matiyas Erzbergerlə müzakirələrdən sonra Müttəfiqlərin Ali Baş Komandanı kimi marşal Ferdinand Foş tərəfindən imzalanmışdır. Müvəqqəti xarakter daşıyan bu sənəd 33 günlük atəşkəsi nəzərdə tuturdu. Birinci Dünya müharibəsi rəsmən 1919-cu il iyunun 28-də imzalanıb. Fransız dilində “Armistice” adlanan “Barışıq Günü” rəsmən 1920-ci il noyabrın 11-dən Zəfər Tağı altında Vətən uğrunda həlak olanların xatirəsinə qoyulan naməlum əsgərin qəbri ətrafında hərbi ehtiramla qeyd edilir. “Barışıq Günü” 1922-ci ildən qələbə və sülh bayramı kimi qeyd olunur.