Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) minatəmizləmə prosesində istifadə olunan alətlər dəsti göndərib.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter“də bildirib.
“Ötən həftə Fransa Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək yüksək keyfiyyətli 300-dən çox minatəmizləmə alətini ANAMA-ya təqdim edib”, – deyə bildirilib.

