“FORMULA 1” ÜZRƏ SƏUDİYYƏ ƏRƏBİSTANI QRAN-PRİSİNİN QALİBİ MƏLUM OLUB

“Formula 1” üzrə Səudiyyə Ərəbistanı Qran-Prisi yekunlaşıb.
50 dövrəlik mübarizənin qalibi son dünya çempionu Maks Ferstappen olub. “Red Bull”un niderlandlı pilotu “Ferrari” pilotları Şarl Lekler və Karlos Saynsı geridə qoyub.
Bu Qran-Pridən sonra xalını 45-ə çatdıran Lekler liderliyini saxlayır. Sayns 33 xalla 2-ci, Ferstappen 25 xalla 3-cüdür.