Formula 1 üzrə 2022-ci il Rusiya Qran-prisi ləğv edilib.
Bu barədə Formula 1-in bəyanatında deyilir.
Qeyd olunur ki, qərar Rusiyanın Ukrayna ərazisində keçirdiyi hərbi əməliyyatlarla əlaqədar verilib.
Rusiya Qran-prisi sentyabrın 25-də Soçidə keçirilməli idi. Həmin tarixdə Formula 1 mərhələsinin Türkiyədə keçirilməsi gözlənilir.
Qeyd edək ki, bu gün, həmçinin UEFA Çempionlar Liqasının builki finalının təşkilini Sankt-Peterbuqradan alaraq Parisə vermişdi.