2021-ci il Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişikliklər edilib.
Bu abrədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) məlumatında bildirilib.
Qeyd olunur ki, cümə günləri keçirilən sərbəst yürüşlərin müddəti 90 dəqiqədən 1 saata azaldılıb. Yarışların saatı başlama vaxtı isə bir saat qabağa çəkilib.
Azərbaycan Qran-prisi 4-6 iyun tarixlərində baş tutacaq. Ayın 4-də saat 13:30-14:30-da birinci sərbəst yürüş, 17:00-18:00-də ikinci sərbəst yürüş, iyunun 5-də saat 14:00-15:00-da üçüncü sərbəst yürüş, 17:00-18:00-da təsnifat yürüşü keçiriləcək. Yarış iyunun 6-da saat 16:00-da başlayacaq.
Mövsüm 23 mərhələdən ibarət olacaq və martın 28-də Bəhreyn Qran-prisi ilə başlayıb, dekabrın 12-də Əbu-Dabi Qran-prisi ilə başa çatacaq.