FORMULA 1-DƏ İŞTİRAK EDƏCƏK KOMANDALARIN ÇOXU ARTIQ BAKIDADIR

Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandaların əksəriyyəti artıq Bakıya gəlib.

Bu barədə sorğusuna cavab olaraq Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, ölkəyə gələn komandalar boksları da təhfil alıblar: “Ümumilikdə 21 komanda var, yəni 10 komanda Formula 1, 11 komanda isə Formula 2-də. Komandalar hissə-hissə gəlirlər. Əksəriyyəti artıq gəlib. Ssabah, yəni çərşənbə axşamı bütün komandaların gəlişi başa çatmalıdır”.