FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİ: PİT ZOLAĞI GƏZİNTİSİNDƏN AZARKEŞLƏR XOŞ TƏƏSSÜRATLARLA AYRILIBLAR

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində iyunun 9-da Pit zolağında gəzinti olub.

Yarışın ən maraqlı hissələrindən sayılan Pit zolağı gəzintisi 2 saata yaxın davam edib. Burada F-1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünya şöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə ediblər.

Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar.

Böyük coşqu ilə keçən Pit zolağı gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.

Xatırladaq ki, yalnız üçgünlük bileti olan tamaşaçılar Pit zolağı gəzintisində iştirak ediblər.

Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.